AZ

“İrəvan Qərbə üz tutsa, ölkə ciddi problemlərlə üzləşəcək” - Erməni deputat

“İrəvanla Moskva arasında münasibətlərin pozulması Ermənistanı ciddi problemlərə aparacaq”. Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Areqnaz Manukyan deyib.“Mən Ermənistanın xarici siyasət istiqamətlərinin dəyişdirilməsinin qəti əleyhinəyəm. Ermənistan geosiyasi oyunlarda alver predmetinə çevrilməməlidir. Bizim strateji müttəfiqimiz Rusiya ilə münasibətləri pozmaq kursu ilk növbədə ölkəmizə həm siyasi, həm də iqtisadi cəhətdən zərər verəcək”, - deyə siyasətçi vurğulayıb.Manukyan qeyd edib ki, təhlükəsizlik məsələlərini nəzərə alaraq, Ermənistan Qərbə üz tutsa, ölkə eyni vaxtda bir neçə istiqamətdə çox ciddi problemlərlə üzləşəcək. Daşqın HəsənovMissiya.Az

Seçilən
62
1
missiya.az

2Mənbələr