Müğənni Manaf Ağayev maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, müğənni şou proqramlardan birində toylara gedən müğənnilərin başqa müğənnilərin işini asanlıqla axsada biləcəyini deyib.
“Tutaq ki, getmisən toy danışmağa, deyirlər filan müğənnini də çağırmaq istəyirəm. Əgər o müğənni sənin xoşuna gəlmirsə, öz istədiyini təklif eləyirsən. Toyda müğənninin işini burmağa nə var. Bu biznes elə bunun üstündə qurulub. Mahiyyəti budur”, - o bildirib.
Bir neçə gün öncə müğənni Nura Suri həmkarı Xəyyam Nisanovun başqa müğənnilərin işini axsatdığını, başqalarının toy bazarına müdaxilə etdiyini demişdi.