AZ

Qızılın qiyməti rekord həddə çatdı

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) ticarət zamanı qızılın qiyməti yeni tarixi maksimuma çatıb. SİA xəbər verir ki, bunu ticarət platformasının saytındakı məlumatlar sübut edir.

Bakı vaxtı ilə saat 23:54-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 2300,2 dollar (+1,23%) təşkil edib. Bakə vaxtı ilə saat 23:57-yə olan məlumata görə, qızılın qiyməti bir unsiya üçün 2298 dollara (+1,15%) enib.

Xatırladaq ki, martın 21-də də qızıl qiymətləri yeni tarixi rekorda imza atıb. Birjada qiymətli metalın qiyməti ilk dəfə olaraq 1 troy unsiyası üçün 2200 dolları ötüb.

Bundan əvvəlki rekord martın 7-də qeydə alınıb. Sonra qızıl troy unsiyası üçün 2160 dollar həddini keçib.

Qiymətlər ABŞ Federal Ehtiyat Sisteminin (FES) bir gün əvvəl baş tutan iclasından sonra yüksəlib. Ardıcıl beşinci dəfə tənzimləyici uçot dərəcəsini 5,25-5,5% diapazonunda dəyişməz saxlamaq qərarına gəlib. ÜDM-in artım proqnozu 1,4%-dən 2,1%-ə yüksəldilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
2
sia.az

4Mənbələr