AZ

10 saniyə bir ayaq üstündə qala bilirsinizsə, deməli...

İnsanın yerimə sürəti və bir ayağı üzərində tarazlıq qabiliyyəti bədəninin nə qədər sağlam olduğundan xəbər verə bilər.

Publika.az xəbər verir ki, bu barədə aparılan araşdırmanın nəticələri "British Journal of Medicine" jurnalında dərc olunub. Qeyd olunub ki, əvvəlcə bir ayağınızda tarazlığı qorumaq qabiliyyətinizi qiymətləndirmək lazımdır. Məhz bu sadə test sayəsində bədənin bioloji yaşını və ya sağlamlığınızı ölçə bilərsiniz.

Jurnalın yazdığına görə, əgər bir ayağınız üzərində on saniyə dayana bilmirsinizsə, bu, bədənin yaşlandığını və ölüm riskinin yüksək olduğunu göstərir. Mütəxəssislər həmçinin digər insanların köməyi olmadan yerdən qalxma qabiliyyətinizi qiymətləndirməyi təklif ediblər.

“Jim”lə də bağlı vəziyyət eynidir. Tədqiqatçılar qeyd edirlər ki, 40 dəfə “jim” edə bilən (və bunu bir dəfəyə etmək lazım deyil) insanların infarkt keçirmə ehtimalı daha azdır. Bundan əlavə, mütəxəssislər əl dinamometrindən istifadə edərək qol əzələlərinin performansını, o cümlədən tutma gücünü qiymətləndirməyi məsləhət görüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
4
publika.az

10Mənbələr