AZ

Türkiyədə ayaqqabılarında qızıl külçələr tapılan 2 erməni tutuldu

Türkiyənin Qars şəhərində iki erməniəsilli şəxsin ayaqqabılarında qaçaqmalçılıq yolu ilə keçirilən qızıl külçələr tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, çəkisi 1 kiloqramdan artıq olan qızıl külçələrin dəyəri təqribən 3,5 milyon türk lirəsi (109 min dollara yaxın) olaraq dəyərləndirilib.

Sözügedən şəxslər barəsində qaçaqmalçılıqla bağlı cinayət işi açılıb.

Seçilən
33
4
ikisahil.az

6Mənbələr