AZ

Sanço "Mançester Yunayted"ə qayıda bilər

İcarə əsasında "Borussiya"da çıxış edən Ceydon Sanço müqavilə ilə məxsus olduğu "Mançeste Yunayted"ə qayıda bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd olunub ki, əvvəllər Sanço ilə "Mançester Siti" akademiyasında çalışmış Ceyson Uilkoksu komandaya idman direktoru təyin olunarsa, Premyer Liqa təmsilçisi futbolçuya ikinci şansı verəcək.

Hazırda "Borussiya"da çıxış edən futbolçu 11 matçda 2 qol və eyni sayda da məhsuldar ötürmə ilə yadda qalıb.

Sanço yayda "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqla mübahisə etmiş və əsas komandadan uzaqlaşdırılmışdı. O, bundan sonra Bundesliqa klubuna icarəyə verilmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
40
futbolpress.az

10Mənbələr