AZ

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinə 10 il həbs cəzası verilib

Naxçıvan Muxtar Respublikası (MR) Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və hökm oxunub.



NUHÇIXAN xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, T.Həsənovun ədliyyə general-mayoru rütbəsindən və "Vətən uğrunda medalı"ndan mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndəriləcək.
Qeyd edək ki, prokuror sabiq rəisə 11 il həbs cəzası istəmişdi.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
11
nuhcixan.az

10Mənbələr