UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi və fakültə üzrə Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə narkotik vasitələrinin qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı təbliğat və maarifləndirmə işlərinin təsirli vasitələrlə təşkili istiqamətində tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının baş məsləhətçisi Şahin İsmayılov və qeyri-hökümət təşkilatı olan “Step” reabilitasiya mərkəzinin əməkdaşları İlqar Xəlilov, Azər Sultanov və Vüqar Nasirov çıxış edərək, Azərbaycanda bu sahədə hansı işlərin görülməsi barədə geniş məlumatlar veriblər.
Tədbirdə ölkəmizin 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin İstifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop Maddələrin İstifadəsi üzrə Konvensiyasına qoşulduğu barədə məlumat verilib.
Həmçinin “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına” və “Narkotik vasitələrin və Psixotrop Maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına” qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələrin götürüldüyündən, Narkomaniya ilə mübarizdə hər bir vətəndaşın fəallıq göstərməli olduğundan, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsinin onların arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaqlarından da danışılıb.