“Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukov ilə Azərbaycan–AİB əməkdaşlığının gündəmindəki məsələləri müzakirə etdik”.
Bu barədə sosial şəbəkə hesablarında məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov müzakirə olunan məsələləri sadalayıb:
– İqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları;
– COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində AİB-in plan layihəsi;
– Potensial sahələr üzrə tərəfdaşlıq istiqamətləri.