AZ

Paytaxtda silsilə oğurluqlar edən şəxsin məhkəməsi başlayır

Bakıda silsilə oğurluq etməkdə təqsirləndirilən Vüqar Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa ççatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim İlham Cəfərzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini Vüqar Quliyev müxtəlif vaxtlarda Binə və Buzovna qəsəbələri ərazisində 7 evdən ümumilikdə 1600 manata yaxın pul, 3 ədəd mobil telefon, 2000 manat dəyərində avtomobil ehtiyat hissəsi, 3 ədəd velosiped, dəyəri 700 manatdan çox olan elektrik naqili, həmçinin digər məişət əşyaları, inşaat materialları və təmir alətləri oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
e-huquq.az

1Mənbələr