AZ

“Ayaks” baş məşqçi postunu Xaviyə tapşırmaq istəyir

Xavi Ernandes Niderlandda işləyə bilər. Yayda “Barselona”nın baş məşqçi postundan ayrılacağını açıqlayan mütəxəssisi Amsterdamda gözləyirlər.

Futbolinfo.az İspaniya mətbuatına istinadla xəbər verir ki, “Ayaks” rəhbərliyi Xavinin gənclərlə işləmək tərzini bəyənir. Amsterdam klubu heyətini yenilədiyindən bu təyinatın ümumi işə faydalı olacağını düşünürlər.

Amma Xavi bir mövsüm istirahət etmək niyyətindədir. O, “Barselona” rəhbərliyinin xahişini də rədd edərək fasilə götürəcək.

Seçilən
110
futbolinfo.az

1Mənbələr