AZ

Blinkenin Parisdən Brüsselə avtomobillə getməsinin səbəbi məlum olub

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ Dövlət katibi Antoni Blinkenin göyərtəsində səfər etdiyi “Boeing 737” təyyarəsi Fransada xarab olub.Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.“Dövlət Departamentinin nümayəndəsi Blinkenin Fransaya uçduğu təyyarədə texniki nasazlıqlar olduğunu bildirib”, - agentlik qeyd edir.KİV ABŞ nümayəndə heyətinin Parisdən NATO-nun Brüsseldəki qərargahına avtomobillərlə getdiyini yazıb. Fransa və Belçika paytaxtları arasında təxminən 300 km məsafə var.Xatırladaq ki, daha əvvəl - yanvarın 17-də Blinken təyyarəsindəki “kritik nasazlıq” səbəbindən əvvəlcədən planlaşdırıldığı kimi Dünya İqtisadi Forumunun (WEF) keçirildiyi Davosdan uça bilməmişdi.

Seçilən
96
10
Mənbələr
Şərh ()
Bağla