AZ

Sabah Səbail və Xətai rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq

Aprelin 4-də Səbail və Xətai rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Səbail rayonu, Bayıl qəsəbəsi, Elşən İsmayılov küçəsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması, Xətai rayonunun R.Əsgərov küçəsi 39 və S. Mehmandarov küçəsi 94 A ünvanlarında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar aprelin 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Seçilən
147
41
demokrat.az

10Mənbələr