AZ

"Fənərbağça" "Qalatasaray" ilə Superkubok matçına U-19 komandasını çıxaracaq

Türkiyənin "Fənərbağça" klubu "Qalatasaray"a qarşı keçirəcəkləri ölkə Superkuboku matçına U-19 komandası ilə çıxacaq.
Ednews-un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erol Bilecik açıqlamasında bildirib.
Klub rəsmisi Türkiyə Futbol Federasiyasına məktub yolladıqlarını söyləyib: "Qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağıq".
O, qarşıdakı iki mövsümdə Türkiyə Kubokunda mübarizə aparmayacaqlarını da sözlərinə əlavə edib.
Qeyd edək ki, aprelin 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Seçilən
108
5
ednews.net

7Mənbələr