AZ

Arvadını kababa görə öldürən şəxsyenidən məhkəmə qarşısında

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Şirvan Apellyasiya Məhkəməsində Füzulidə 1987-ci il təvəllüdlü arvadı Ruhanə Qasımovanı qətlə yetirməkdə təqsirləndirilən Süleyman Qasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin edilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Qasımov 10 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin sentyabrın 24-də Füzulinin Qayıdış-5 qəsəbəsində baş verib.

 

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisədən bir gün öncə evlərinə qonaq gəlib. S.Qasımov qonaqlar üçün qaz ətindən kabab bişirib. Bu zaman arvadı da qonaqlarla birlikdə masaya əyləşərək kababdan yeyib. 

 

Maraqlıdır ki, Ruhanənin masaya əyləşməsi Süleymanın narazılığına səbəb olub. O, həyat yoldaşına “bəs sən gördün ki, qonaq sayı çoxdur, yemək azlıq edir, nəyə görə sən də oturub yedin?” deyərək irad tutub. Onun bu sözləri Ruhanənin xətrinə dəyib. 

 

Hadisənin baş verdiyi gün isə evə sərxoş vəziyyətdə gələn S.Qasımov Ruhanənin əşyalarını toplayaraq evdən ayrılmaq istədiyini görüb. Qadının atası evinə getməsi Süleymanı özündən çıxarıb və bunu qəbul edə bilməyib.

 

Nəticədə həyat yoldaşının arxasınca qayınatasıgilə gedən ər arvadını bir bıçaq zərbəsi ilə qətlə yetirib.

 

Hadisədən sonra S.Qasımov “102” xidmətinə zəng edərək arvadını öldürdüyünü deyib.

 

Qeyd: Cütlüyün hazırda hərbi xidmətdə olan bir övladı var.

 

Kamal Məmmədov

Tarix: 4 Aprel 2024, 08:38   
Seçilən
156
50
Mənbələr
Şərh ()
Bağla