AZ

Honkonqda “meymun herpesi”nə ilk yoluxma halı aşkarlanıb

Honkonqda həkimlər ilk dəfə insanda herpes B virusuna (“meymun herpesi” də deyilir) yoluxma halını qeydə alıblar.

Bu barədə Honkonq Səhiyyə Departamenti yanında Sağlamlığın Mühafizəsi Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, 37 yaşlı kişi martın 21-də səhhətinin pisləşməsi və hərarətin yüksəlməsi şikayətləri ilə xəstəxanaya daxil olub.

Aparılan analizlərin nəticəsində məlum olub ki, xəstə herpes B virusuna yoluxub.

Ailəsi bildirib ki, o, fevralın sonunda Honkonqdakı parkı ziyarət edərkən vəhşi meymunlarla təmasda olub. Yaxınlarının sözlərinə görə, heyvanlar ona xəsarət yetiriblər.

Kişi hazırda reanimasiya şöbəsindədir, onun vəziyyəti ağır qiymətləndirilir.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
3
oxu.az

7Mənbələr