AZ

Hövsanda 32, Sumqayıtda 28 yaşlı kişi asılı vəziyyətdə tapıldı

Bakıda 32 yaşlı kişi evində asılı vəziyyətdə aşkar edilib.

 

Modern.az xəbər verir ki, Hövsan qəsəbəsi, Hövsan kənd sakini 1992-ci il təvəllüdlü kişi yaşadığı evin həyətində olan talvardan özünü asaraq intihar edib.

 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

 

Bundan başqa Sumqayıt şəhəri, Şirvan Yaşayış massivi ərazisində fərdi evində yaşayan 1996-cı il təvəllüdlü Şirəliyev Elşən Mustafa oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.

 

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Seçilən
72
3
modern.az

10Mənbələr