AZ

DİQQƏT: Dövlət Xidmətindən kiberhücum XƏBƏRDARLIĞI

Kiberdələduzlar üçün ilkin mərhələdə hədəf haqqında məlumatların əldə olunması olduqca əhəmiyyətlidir.

Yenicag.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bunun başlıca səbəblərindən biri hədəfə ediləcək kiberhücum zamanı əldə edilən məlumatlar vasitəsilə zəif nöqtələrin təyin olunmasıdır və bu da, öz növbəsində, kiberhücumun növünü müəyyən edir:

“Yəni bir növ əldə olunan məlumatlar əsasında kiberdələduz hansı hücumu (fişinq, sosial mühəndislik, brute-force və s.) edəcəyini müəyyənləşdirir.

Qeyd olunanları nəzərə alaraq hər hansı kiberhücum zamanı istifadə oluna biləcək fərdi məlumatlarınızı ictimaiyyətə açıq şəkildə sosial şəbəkələrdə paylaşmayın”.

Seçilən
486
14
yenicag.az

10Mənbələr