AZ

Bələdiyyə sədri ilə evləndi, duvağı ilə küçələri süpürdü - FOTO

İspaniyanın paytaxtı Madridin meri Xose Luis Martines-Almeyda və İspaniya kral ailəsi ilə əlaqələri olan Tereza Urkixo evlənib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 48 yaşlı bəy və 27 yaşlı gəlin həyatlarını Madriddə Martinez Almeyda üçün çox vacib olan yerdə birləşdiriblər.

Bu toy ölkənin siyasi dünyasını və aristokratiyanın görkəmli nümayəndələrini bir araya gətirib.

Keçmiş kraliça Sofiya toy mərasimində iştirak etməsə də, axşamkı şam yeməyinə qatılıb.

Terezanın gəlinlik paltarının uzun duvağı diqqət çəkən məqamlardan olub. Mərasimdən sonra bəy və gəlin onları görmək üçün çöldə gözləyən insanları salamlayarkən Terezanın duvağı demək olar ki, yol boyunca uzanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
103
10
milli.az

10Mənbələr