AZ

Elnarə Xəlilova: "Çalışdınız ki,Röya ilə aramızı vurasınız, amma..."

Müğənni Elnarə Xəlilova həmkarı Röya Ayxan ilə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Elnarə Xəlilova "Xəbər-ətər" verilişində bu sözləri deyib:

"Biz bir-birimizi sevirik. Xatırlayırsınızsa, üç-dörd ay əvvəl həmkarlarım Röya Ayxan və Natavan Həbibi üzvü olduğumuz keçmiş “W-trio”qrupundakı çıxışımızın arxiv videosunu sosial şəbəkə hesablarında paylaşmışdılar. Adımı sosial media hesablarında işarələdilər, mən də o videonu səhifəmdə paylaşıb yazdım ki, “qızlar, məni kövrəltdiniz. Sizi sevirəm”. Bu, mənim hissimdir və qarşısını heç nə ilə ala bilmərəm.

Hər zaman müsahibələrimdə deyirəm ki, “W-trio” üzvləri yaddaşımda necə qalıblarsa, indi də elədir. Bir qabdan yemək yeməyimiz, bir yastığa baş qoymağımız, tonlarla çörək kəsməyimiz... Röyanın sözünə qüvvət deyim ki, bizim aramızda heç bir şeyin ədavəti və kini-küdurəti ola bilməz.

Mən efirdən istifadə edib, Röyaya təşəkkürümü bildirmək istəyirəm. Ətrafımda olan ikiüzlü, satqın, yaltaq insanlara qarşı gözlərimi o açdı. Mənim gözlərimdə hər zaman çəhrayı eynək olub. Heç zaman insanlarda, hətta varsa belə, eybəcərlikləri və pisliyi görmək istəməyən biriyəm.

Düşmən deyilik, ola bilər, dost da deyilik. Sözüm arada gəzən insanlaradır, çox çalışdınız, əlləşib-vuruşdunuz ki, mənimlə Röyanın arasını vurasınız, bizi bir-birimizə düşmən edəsiniz. Hər şeyə və hər kəsə inad heç vaxt düşmən olmayacağıq".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
174
5
teleqraf.com

2Mənbələr