AZ

Artetaya yeni müqavilə təklif olundu

style='margin-bottom:10px;'>

"Arsenal" rəhbərliyi baş məşqçi Mikel Artetanın işindən razı qalıb.

QOL.az insayder Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, klub ispaniyalı mütəxəssisə yeni uzunmüddətli müqavilə təklif etmək niyyətindədir. Arteta da komandada qalmaq istəyir və müqaviləni uzatmağa hazırdır.

Artetanın rəhbərliyi altında "Arsenal" Premyer Liqa turnir cədvəlinə başçılıq edir. Çempionlar Liqasında komanda 1/4 finalda "Bavariya" ilə qarşılaşacaq.

Arteta 2019-cu ilin dekabrından "Arsenal"ı çalışdırır. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayına qədər qüvvədədir.

Seçilən
289
6
teleqraf.com

9Mənbələr