AZ

BMT Təhlükəsizlik Şurası Fələstinin təşkilata daxil olması ilə bağlı sorğu göndərib

 
"Bizim istədiyimiz azad və ləyaqətli həyat, əcdadlarımızın torpağında sülh və təhlükəsizlik şəraitində yaşamaq üçün millətlər birliyində öz qanuni yerimizi tutmaqdır..."
 
"BMT Fələstin dövlətçiliyinin müzakirə ediləcəyi yer deyil, bu, İsrail və fələstinlilər arasında sazişin nəticəsi olmalıdır..."
 
BMT-nin xüsusi komitəsi bu ay Fələstinə Birləşmiş Millətlər Təşkilatında tamhüquqlu üzv statusu verilməsi məsələsinə baxacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasında sədrlik edən Maltanın BMT-dəki səfiri Vanessa Frazyer məlumat verib. Məlumatı "lenta.ru" nəşri yayıb.
 
"Təhlükəsizlik Şurası bu müzakirənin bu ay, 2024-cü ilin aprelin sonunadək baş tutacağına qərar verib", - bunu Frayzer dünənki mətbuat konfransında bəyan edib.
 
Fələstinin BMT-dəki missiyası ilk dəfə olaraq 2011-ci ildə onun tamhüquqlu üzv olmasına sorğu verib. 2012-ci ilin noyabrında ona "BMT-nin üzvü olmayan müşahidəçi-dövlət" statusu verilib. Ötən həftə fələstinlilər sorğunu bərpa edib.
 
Frazyer məlumat verib ki, BMT Təhlükəsizlik Şurası qapalı iclasından sonra Fələstin dövlətinin yaradılması barədə sorğunu yeni üzvlərin qəbulu üzrə Komitəyə göndərib. Orada artıq Fələstinin bərpa edilən sorğusunun müzakirəsi prosesinə başlamaq üçün ilk iclası keçirilib.
 
Uzun illər ərzində fələstinlilər tamhüquqlu üzvlük əldə etməyə lobbiçilik edib, bu da Fələstin dövlətçiliyinin tanınmasına bərabərdir.
 
"Bu gün tarixi məqamdır", - bu barədə Fələstin Muxtariyyətinin BMT-dəki elçisi Riyad Mansur Təhlükəsizlik Şurasının qapalı iclasından sonra bəyan edib.
 
"Bizim istədiyimiz bizə qarşı digər millətlər və dövlətlərə olduğu kimi bərabər davranış sərgilənmək, azad və ləyaqətli həyat, əcdadlarımızın torpağında sülh və təhlükəsizlik şəraitində yaşamaq üçün millətlər birliyində öz qanuni yerimizi tutmaqdır", - o, əlavə edib.
 
BMT-nin üzv dövləti olmaq üçün istənilən sorğu Təhlükəsizlik Şurasından keçməlidir, orada Birləşmiş Ştatlar veto hüququna malikdir, sonra isə 193 üzv ölkədən ibarət Baş Assambleya tərəfindən təsdiq edilməlidir.
 
Vaşinqtonun fikrincə, BMT Fələstin dövlətçiliyinin müzakirə ediləcəyi yer deyil, bu, İsrail və fələstinlilər arasında sazişin nəticəsi olmalıdır, bunu Amerikanın CNN telekanalı qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
48
moderator.az

10Mənbələr