AZ

Günün ULDUZ FALI: qəza, travma və münaqişələr riski artır

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gərgin situasiya sizi sınağa çəkir. Təmkinli davranın. Fəaliyyət prosesində ənənəvi çərçivələrdən kənara çıxmayın. Tərəfdaşlarınızın da aktiv işləmələrinə şərait yaradın.

Yaşam arealını qaydaya salın.

Günün ikinci yarısında problemlərin mahiyyətinə varın, sizin rahat yaşamınıza mane olan məsələləri aşkarlayın. İfrata varmayın, neqativ emosiyalara qərq olmayın.

Səbrsiz, qısqanc insan təsiri bağışlamayın. Problemlərin həllində alternativ variantları nəzərdən keçirin. Şərtlər və tələblərin dəyişməsinə fikir verin.

Buğa - günün ilk yarısı münaqişə potensiallıdır. Yeni işlərə, layihələrə başlamaq, danışıqlar və müzakirələrə start vermək üçün əlverişsiz gündür. Maddi vəsaitə birgə sahiblik və maliyyə məsələlərində qarşı tərəfin mövqelərini nəzərə alın. Güzəştə getmək istəmirsinizsə, öz işlərinizlə məşğul olun. Planlaşdırmanı daha əlverişli vaxtlaradək təxirə salın.

Günün ikinci yarısında sizə qarşı çıxan insanın mövqelərini dəyişmək istəyirsinizsə, fəndgir tərpənin. Dəvət aldığınız tədbirə qatılın. Səhhətinizi düşünün.

Yaşamınızda əhəmiyyət daşıyan məsələlərə xüsusi diqqət verin. Əhvalınız dəyişə bilər.

Əkizlər - ideyalarınızı aqressiv müdafiə etməyin, mövqelərinizi sərt şəkildə qorumayın. Situasiya münasibətlərin ənənəvi, sabitləşmiş formatında yeniliklər tələb edir.

Alış-verişdə bədxərclik etməyin.

Günün ikinci yarısında aldığınız əşya sizin xoşunuza gəlməyə bilər.

Yardıma ehtiyacı olana kömək edin. Laqeyd insan təsiri bağışlamayın.

Axşam saatlarında normal istirahət edin.

Xərçəng - məşəqqətli durumdan və qarışıq vəziyyətdən çıxış yolu arayanda düşünülməmiş addımlar atmayın. Problemlərin həllini sonraya saxlamayın. Kobudluğa aqressiv cavab verməyin. Töhmət, irad, tənqiddə sərt olmayın. Hadisələrin episentrində olacaqsınız. Saatlar keçdikcə gərginlik azalacaq. Yaşananları diqqətlə müşahidə edin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla diqqətli, qayğıkeş, səmimi olun. Narahat olmayın, gərginlik azalacaq.

Tərəfdaşlarla münasibətlərdə iddialı danışmayın. Ümumi problemlər həmrəyliyi artıracaq. Ailə üzvlərinin istəklərinə və tələblərinə fikir verin.

Axşam saatlarında çoxsaylı vədlər verməyin. Qəliz məsələlərin müzakirəsində neytral mövqe tutmayın.

Şir - təmaslarda təşəbbüskar olun. Təfərrüatlarını yaxşı düşündüyünüz və gedişatı nəzarət altında saxlaya biləcəyiniz işlərdə uğur qazana bilərsiniz. Fəaliyyət üçün zəruri şərtlər yaradın. Tələskənlik münaqişə durumu yarada bilər. Yeni eksperimentlərdən uzaq durun.

Günün ikinci yarısında stabilliyə real təhdid yarada biləcək vəziyyətdə risk etməyin. Problemləri orijinal yolla həll etməyə çalışın. Başqalarının ruhdan düşərək geri çəkiləcəkləri yerdə irəliləməyə can atın.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün mürəkkəb zamandır. Mənasız, boş söhbətlərə qatılmayın. Ağır situasiyada tərəfdaşa yardım edin. Ünsiyyət stabillik tələb edir.

Axşam saatlarında heç nəyi mürəkkəbləşdirməyin.

Seçilən
266
50
publika.az

10Mənbələr