İnsanın kosmosa ilk uçuşu zamanı çəkisizlikdə yeyə biləcəyini yoxlamaq vacib idi, deyə diyetoloq İrina Popkova bildirib.
Publika.az xəbər verir ki, o, "Gazeta.Ru"ya müsahibəsində Yuri Qaqarinin kosmosda yediklərinin hansı məhsullar olduğunu açıqlayıb.
Popkova qeyd edib ki, astronavtlar üçün pəhrizin yaradılmasında çoxlu mütəxəssislər cəlb edilir və bu, mürəkkəb prosesdir. Onun sözlərinə görə, qida eyni vaxtda bir neçə tələblərə cavab verməlidir: balanslaşdırılmış, yüksək kalorili, ölçüyə görə yığcam və çəkisi yüngül olmalıdır.
Dietoloq bildirib ki, Yuri Qaqarin kosmosda ilk yeməyi zamanı ət və şokoladdan istifadə edib. O, şokoladın unikal xüsusiyyətlərinə görə seçildiyini izah edib: o, fosfor, maqnezium, dəmir və sink, həmçinin A və B vitaminləri ilə zəngindir. Bundan əlavə, bu məhsul əhval-ruhiyyəni yaxşılaşdıran hormon olan serotoninin istehsalını stimullaşdırır.
Popkova qırmızı əti Qaqarinin kosmosdakı pəhrizinin ikinci tərkib hissəsi kimi göstərib. Onun sözlərinə görə, bu məhsul zülallar və vacib amin turşuları mənbəyidir. Mütəxəssis əlavə edib ki, ət dəmirlə də zəngindir və digər qidaların daha yaxşı mənimsənilməsinə kömək edir.