Gəncə şəhərində yanğın hadisəsi olub, 1 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb.
Ümumi sahəsi 190 kvadratmetr olan 2 mərtəbəli evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürlüb. Evə baxış zamanı, 1966-cı il təvəllüdlü Kamil Quliyevin meyti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə evdə baş verən yanğında ölən 1966-cı il təvəllüdlü Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur.
Report-un məlumatına görə, Kamil Quliyev evdə tək yaşayırmış və səhhətində problemlər olub.
Quliyevlər əslən Kəlbəcər rayonundandırlar.
Qeyd edək ki, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.