Bakı. Trend:
Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış insanların23 saata yaxın davam edən xilas edilməsi əməliyyatı başa çatıb.
Trend-inməlumatına görə, bu barədə Türkiyə Fövqəladə Hallar Agentliyinin(AFAD) rəhbəri Okay Memiş deyib.
O bildirib ki, kanat yolunda baş verən qəza nəticəsində kanatdaqalmış 184 nəfərdən 174-nü xilas etmək mümkün olub. AFAD rəhbəriəlavə edib ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davamedir.
Qeyd edək ki, Türkiyənin Antalya vilayətində yerləşən istirahətmərkəzlərinin birində kanat yolunda baş verən qəza nəticəsində birnəfər ölüb, yeddi nəfər yaralanıb. Konyaaltı rayonunda fəaliyyətgöstərən Tünüktepe kanat yolunda sərnişin kabinələrindən birinaməlum səbəbdən dirəyə dəyərək parçalanıb və qayalıq əraziyədüşüb.