Müğənni Vəfa Şərifova həyat yoldaşı iş adamı Famil Xəlilovun "Ağ şəhər" ərazisində qiyməti 350-450 min manat civarında aldığı çoxmərtəbəli premium yaşayış binasındakı evini nümayiş edib.
Bizim.Media xəbər verir ki, neoklassik tərzdə dizayn edilmiş lüks mənzilinin qapılarını ilk dəfə sənətçi "Evdəkilərə salam" verilişi üçün açıb.
Dördmərtəbəli villadan yeni dəbdəbəli mənzilə köçən Vəfa hələ də bina evinə öyrəşə bilmədiyini söyləyib.
İki övlad anası olan Şərifova ondan bir neçə yaş böyük bacı və qardaşından da söz açıb. Müğənni bildirib ki, mütəmadi onlara maddi dəstək olur. Həm qardaşının həm də bacısının evli və ikisinin də iki övlad sahibi olduğunu vurğulayan Vəfa deyib ki, onların yaxşı şəraitdə yaşamaları üçün ev və avtomobil alıb. Şərifova bacı və qardaşının gözəl ailə başçısı olduğunu söyləyib.
Əslən Ağsudan olan, lakin Kürdəmirdə böyüyən ifaçı həyat yoldaşı F.Xəlilovdan da bəhs edib:
"Ailəmin bütün yükü mənim yox, ərimin üzərindədir. Uşaqlarımın gündəlik xərcləri və bu evin alınması, təmiri və s. heç birini mən etmirəm. Hamısını həyat yoldaşım edir.
Allah məni həyat yoldaşımla mükafatlandırıb. O, mənim arxam, dayağım, hər dərdimi bölüşdüyüm, problemim olanda yanımda olan insandır. Bunu hamı da çox gözəl bilir.
Artıq 10 ildir ki, biz bir yerdəyik. O, mənim övladlarımın atasıdır. Bu cəhətdən də çox xoşbəxt və şanslıyam. Bir neçə dəfə olub ki, efirdə demişəm ki, xoşbəxt deyiləm.
Buna görə insanlar mənə irad bildiriblər. Ağıllı insan heç zaman deyə bilməz ki, mən tam xoşbəxtəm. Çünki bir gün olur ki, çox sevincli və xoşbəxt oluruq, növbəti gün isə deyirik ki, dünyanın ən bədbəxt insanıyıq. Yəni kiçik şeyləri böyüdə bilirik. Ona görə də tam xoşbəxtlik anlayışı yoxdur".
Qeyd edək ki, F.Xəlilovla dini nikahda olan V.Şərifovanın bu evliliyindən Məryəm adlı bir qızı və Məhəmməd adlı bir oğlan övladı var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta