AZ

Fransada motosikletçilər genişmiqyaslı etiraz aksiyası hazırlayırlar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Fransada motosiklet və skuter sürücülərinin assosiasiyaları avtomobillərinin texniki baxışdan keçirilməsi öhdəliyinin tətbiqi ilə bağlı həftəsonu üçün genişmiqyaslı etiraz aksiyaları elan ediblər.

Məlumata görə, qərar aprelin 15-dən qüvvəyə minir və motosikletlər, skuterlər və mini avtomobillər üçün texniki baxışdan keçirilməsi məcburi olacaq. Fransada təxminən üç milyon belə insan var.

Nəqliyyat vasitəsinin yenidən satışı zamanı da texniki nəzarətdən keçmək məcburi olub.

Motosiklet Federasiyası texniki baxışların lüzumsuz əlavə xərc olduğunu təkid edərək onları boykot etməyə çağırır.

Sabah Paris, Lill, Tuluza, Marsel və digər şəhərlərdə böyük nümayişlərin keçirilməsi planlaşdırılır. Polisin hesablamalarına görə, təxminən 20 min insan küçələrə çıxa bilər. Parisdə isə etirazlarda 2000 iştirakçı gözlənilir.

Mənbə: “Yevropeyskaya pravda”

Seçilən
92
6
Mənbələr
Şərh ()
Bağla