AZ

“İki küpəgirən qarı” tamaşasının premyerası olub

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “İki küpəgirən qarı” tamaşasının premyerası olub.
Tribunainfo.az  xəbər verir ki, musiqili nağıl-tamaşa bu dəfə və aprelin 21-də saat 12:00-da ana dilimizdə, 28-də saat 12:00-da isə rus dilində oynanılacaq.
Hər iki dildə hazırlanan “İki küpəgirən qarı” (Ə.Əlizadə, R.Sef, Т.Каrelina) musiqili nağıl-tamaşasının quruluşçu rejissoru Əhəd Hacıyevdir.
Dostluq, sevgi, cəsarət kimi gözəl mənəvi keyfiyyətlərin vacibliyinin vurğulandığı tamaşada mənfi xarakterli məşhur nağıl personajları da tamamilə fərqli təqdim olunur.
Rəngarəng işıq effektləri, şən musiqi sədaları altında macəra dolu nağıl qəhrəmanları Dunya, Fyodr, Küpəgirən qarı, Koşşey, gözəl Yelena, üçbaşlı əjdaha teatrsevərlərə unudulmaz xoş anlar yaşadacaq.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysteri Məhəmməd Abdullayev, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Nübar Hüseynova, konsetmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.
Bu dəfə rollarda aktyorlar Ofeliya Novruzqızı, Gülçöhrə, Abdullayeva, Ayan Qurbanova, Adelin Öztürk, Əli Kərimov, Sübhan Rüstəmov, Nərmin Əliyeva, Günay Qasımova, Eleanora Mehdiyeva, Cəbrayıl Cəbrayılov, Fərid Rzayev və teatrın balet artistləri iştirak edəcəklər.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

Seçilən
713
2
tribunainfo.az

3Mənbələr