AZ

İranın Fransadakı səfirinə xəbərdarlıq edildi

İranın Parisdəki səfiri Tehranın İsraillə bağlı son addımlarından dolayı Fransa Xaric İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri Stefan Sejurne deyib.

“Qətiyyətimizi bildirmək üçün İran səfirini çağırmağı göstəriş verdim. Məsuliyyət məsələsində əvəzetmədən istifadə etməyə ehtiyac yoxdur. İsrailə hücum edən İran olub”, – Sejurne vurğulayıb.

Qeyd edək ki, bundan öncə İranın Niderland və İordaniyadakı səfirləri XİN-ə çağırılmışdı.

Seçilən
234
2
axar.az

10Mənbələr