AZ

“Bayer” Bundesliqanı qazanan 13-cü klub oldu

Almaniya Bundesliqasında 29-cu turun "Bayer" və "Verder" komandalarının qarşılaşmasında Leverkuzen təmsilçisi 5:0 hesabı ilə inamlı qələbə qazanıb. 

Lent.az xəbər verir ki, bu qələbə sayəsində Xabi Alonsonun komandası vaxtından əvvəl Almaniya çempionu olub.

Beləliklə, Leverkuzen klubu turnir tarixində çempionluq titulunu alan 13-cü komanda olub. Müxtəlif illərdə çempionatın qalibləri Dortmund "Borussiya"sı (5 qələbə), "Borussiya Mönhenqladbax" (5), "Verder" (4), “Hamburq” (3), “Ştutqart” (3), “Köln” (2), “Kayzerslautern” (2); “Volfsburq”, Braunşveytin “Ayntraxt”ı, “Nürnberq” və “Münhen 1860”ın hərəyə bir çempionluğu var. Çempionatda kubokların sayına görə rekordçu "Bavariya"dır - 32.

Qeyd edək ki, söhbət 1963-cü ildə yaradılan Bundesliqadakı qələbələrdən gedir.

Almaniya Bundesliqasında 29 oyundan sonra "Bayer"in 79 xalı var. Leverkuzen komandasının ən yaxın izləyicisi olan “Bavariya” eyni sayda oyunda 63 xal toplayıb və hətta “Bayer”i məğlub etmək üçün riyazi şansını belə itirib. “Verder”ə gəlincə, onlar 33 xalla 12-ci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
47
lent.az

10Mənbələr