AZ

Rus əsgəri Qarabağı birdəfəlik tərk edir -

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib. Sosial şəbəkələrdə yayılan məlumata görə, artıq Kəlbəcərin Xudavəng monastırındakı post Azərbaycan polisinə təhvil verilib. Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a bildirib ki, çox sayda rus kontingentin zirehli texnikalarının Azərbaycandan çıxarılması Rusiyanın Ukrayna ərazilərində texnikaya olan tələbatı ilə birbaşa əlaqədardır: “Rus kontingentin Azərbaycan ərazilərini tamamilə tərk etməsi 2020-ciilin sonunda imzalanan birgə bəyanatda öz əksini tapıb. Mənim dəfələrlə Qarabağ və Şərqi Zəngəzur ərazilərinə səfərim olub və bu səfərlər sonrası davamlı olaraq qeyd etmişəm ki, rus kontingentin artıq icra edə biləcəyi funksiyalar mövcud deyil. Onlar əraziyə münaqişə tərəfləri arasında atəşkəsə riayət rejiminə nəzarət etmək üçün dəvət olunmuşdular. Azərbaycan antiterror əməliyyatları zamanı erməni silahlılarını ərazisindən tamamilə təmizləyəndən sonra rus kontingentinin də yerinə yetirəcəyi xüsusi bir funksiyalar qalmadı”. Rus sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsində qeyri-adi bir şey olmadığını vurğulayan ekspert düşünür ki, proses hissə-hissə davam edəcək: “Gələn ilin ortalarına qədər bu məsələ tamamilə tamamlana bilər”,-deyə Ədalət Verdiyev qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
167
6
metbuat.az

10Mənbələr