Bakı. Trend:
Bilavasitə Prezidentimiz cənab İlham Əliyev tərəfindən müəyyənedilmiş Azərbaycanın daxili və xarici siyasət prioritetləriölkəmizi dünya miqyasında güclü dövlətlər sırasına yüksəldib vəözünəməxsus inkişaf modelləri ilə tanıdıb. Xüsusilə ötən illərinmüsbət təcrübəsi və uğurlu göstəriciləri bir daha təsdiqləyir ki,Azərbaycan dövləti qarşısına qoyduğu bütün vəzifələri böyükustalıqla icra edib və öz hədəflərinə çatıb. Ən əsası isəAzərbaycan heç kimdən həm siyasi, həm də iqtisadi baxımdan asılıolmayan, tamamilə müstəqil siyasət yürüdən, etibarlı tərəfdaşstatusunu qazanan ölkə kimi dünya xəritəsində öz yerini tutub.Təbii ki, dövlətin qüdrəti həm də onun güclü iqtisadiyyatı iləölçülür. Əminliklə ifadə edə bilərik ki, Azərbaycan iqtisadiyyatıxüsusilə son 20 ildə elə davamlı inkişaf yolu tutub ki, dünyada başverən gözlənilən və gözlənilməyən bütün böhranlara layiqincə sinəgərib. Buna yalnız pandemiya dövründə dünyada yaşananları misalgöstərmək, məncə, kifayətdir ki, hər şey aydın olsun. Eləcə də bizağır müharibədən keçdik, işğalda olan torpaqlarımızı azad etdik.Sözsüz ki, güclü iqtisadiyyat bütün qələbələrin rəhnidir. Həmçininbu gün Azərbaycan böyük bir ərazidə yeni şəhərlər, kəndlər salır,tarixdə misli görünməmiş abadlıq quruculuq işləri aparır. Ənönəmlisi isə dövlətimiz bunu heç bir kənar dəstək almadan, ancaqözünün daxili imkanları hesabına həyata keçirir. Bütün bunlarAzərbaycanın iqtisadi qüdrətini göstərən faktorların birqismidir.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasındaAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ölkəmizin effektli sosial-iqtisadi inkişafstrategiyası imkan verib ki, regionlarımızın hərtərəfli tərəqqisitəmin olunsun: “Əminliklə demək olar ki, regionlarla bağlı qəbuledilmiş dövlətimizin proqramları, eləcə də sosial-iqtisadiinkişafla bağlı verilmiş fərmanlar, imzalanmış sərəncamlar, icraolunmuş layihələr yeni müəssisələrin açılmasına, iş yerlərininyaradılmasına, vətəndaşlarımızın məşğulluğunun artırılmasına,güzəranının yüksəldilməsinə gətirib çıxarmışdır. Heç də təsadüfüdeyil ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizə qədər enib vəbu da son dərəcə yüksək nailiyyətdir. Eyni zamanda kənd yerlərinininkişaf potensialı xeyli güclənib, kənd təsərrüfatı məhsullarınınistehsalı və emalı, həmçinin məhsuldarlığı yüksəlib, kiçik fermertəsərrüfatları böyüyərək iri fermer təsərrüfatlarınaçevrilməkdədir. Habelə bölgələrdə dayanıqlı inkişaf edəniqtisadiyyat daha da şaxələnib, rəqabətqabiliyyətliliyi artıb,regionlarımızın turizm imkanları genişlənib. Ümumilikdə regionlarındavamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin olunub”.
“Bildiyimiz kimi, bu gün dünya qlobal iqlim dəyişmələrisəbəbindən kəskin su çatışmazlığı kimi böyük bir sınaqla üz-üzəqalıb. Hazırda dövlətimiz bu qlobal problemlə də fəal mübarizəaparır, su qıtlığının aradan qaldırılması, ona olan tələbatın tamödənilməsi istiqamətində mühüm işlər görür. Belə ki, sukanallarının suvarma keyfiyyəti yüksəldilir, su anbarlarınınistismar şəraiti yaxşılaşdırılır, mütərəqqi suvarma üsulları tətbiqedilir və s. Görülən işlərin davamı olaraq, dövlətimizin başçısıcənab İlham Əliyev bir neçə gün öncə Şirvan suvarma kanalınınyenidən qurulması haqqında Sərəncam imzaladı və ötən gün - aprelin16-da kanalın təməlini qoydu. Bu, mühüm bir layihədir, ölkəmizdə sutəminatının yaxşılaşmasına, su itkilərin aradan qaldırılmasınaböyük dəstək olacaq. Eləcə də kanalın potensialı imkan verəcək ki,əlavə olaraq əkinə yararlı daha 116 min hektar torpaq əkilibbecərilsin. Bu da ölkəmizdə aqrar sektorun dayanıqlı inkişafınamühüm töhfə deməkdir”, - Milli Məclisin deputatı bildirib.