Xəzərdə süni torpaqlar yaradılarkən dənizin 20-50 metrlik mühafizə zolağına müdaxilə olunacağı istisna edilmir.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Aritektura Komitəsi aparatının Rəşad İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.
"Sahilə yaxın süni torpaq sahələri yaradılarkən mümkün deyil ki, sahil zolağına müdaxilə etməyəsən. Dəniz sailinə yaxın və yaxud bitişik ərazilərdə tikintiyə Nazirlər Kabineti icazə verəcək. Nardaran sahilində süni torpaq sahələrin yaradılması ilə bağlı planlar var. Bu layihələr Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, onun tanıtımına da böyük təsir edəcək və ölkəmizin yeni simasını təqdim edəcək", - deyə o qeyd edib.