Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:
Qoç - rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə çalışmaq istəyəcək. Məhsuldar əməkdaşlıq başlana bilər.
Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya yarana bilər.
Buğa - mənasız işləri, oyun təsiri bağışlayan əməliyytaları dərhal tərk edin. Strateji önəm daşımayan situasiyada adi fiqura çevrilməyin. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla, qətiyyətlə irəliləyin. Məhdudiyyətlərə fikir verməyin.
Günün ikinci yarısında planınızı reallaşdırmaq üçün bütün zəruri və hətta kafi vasitələrdən tam istifadə edin. Situasiyadan yararlanın. Tərəfdaşlarla müzakirələri bərpa etmək, danışıqları canlandırmaq olar. Planları yeniləyin.
Sevdiyiniz insanla söhbət münaqişə yaratmamalıdır. Axşam saatlarında nisgil yarana bilər.
Əkizlər - fəaliyyətinizə kənar müdaxilələrə aqressiv yox, düşünülmüş reaksiya verin. Məqsədləri dəyişmək olar. Effekti az olacaq işi dayandıraraq indiyədək öhdəsindən gələ bilmədiyiniz məsələni həll edin. Cari, rutin işlərlə məşğul olun.
Unutqan olmayın. Tərəfdaşlarızın vəd və öhdəliklərini onlara xatırladın.
Təxirə salınmış, ertələnmiş işlərin günün ikinci yarısında yaxşı perspektivləri var. Sizə yardım etmək istəyən insan var. Ailə üzvləri ilə münasibətlərdə dağıntılar yaratmayın. Yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirin.
Xərçəng - risk və eksperimentlər nə qədər az olarsa, işlər bir o qədər yaxşı alınacaq. Peşə fəaliyyəti müstəvisində problemlər, işdə anlaşılmazlıqlar ola bilər. Başqalarının səhvləri və yanlışlıqlarına görə narahat olacaqsınız. Rəğbət bəsləmədiyiniz insanlara görə məsuliyyəti boynunuza almaq zərurəti yaranır.
Şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər. Müəyyən hadisə çoxdan tanıdığınız insanların yeni xislətini aşkarlayır. Qəfil vizit ola bilər. Gələn qonaqlar pozitiv emosiyalar vəd edirlər.
Məişət texnikası və nəqliyyat vasitəsi almaq məsləhət deyil.
Şir - hadisələrin ritmi yavaşıyacaq. Özünüzü nigaran, narahat hiss edəcəksiniz. Sakit çalışın, proseslərə süni müdaxilə etməyin. Bədbinliyə qapılmayın - problemləri həll edə biləcəksiniz. Eyni vaxtda çox işə başlamayın. Prioritetləri yeniləmək olar.
Günün ikinci yarısında təfərrüatlara, eyhamlara, işarələrə fikir verin. Önəmli saydığınız münasibətlərdə yaxşı pərdələnmiş problemi aşkarlayın. Təxirə saldığınız məsələnin həlli labüdləşir.
Təmasları təftiş edin. Niyyətinizi yanlış anlatmayın.
Qız - detallara xüsusi diqqət tələb edən gündür. Retroqrad insanların dediyi ilə oturub-durmayın. Nəyisə yeniləmək, dəyişmək, sistemləşdirmək lazımdır. Fəaliyyət prosesini daha məntiqli şəkildə formalaşdırın. Maraqlı işlərə daha çox vaxt ayırın.
Günün ikinci yarısında enerjiniz çox, planlarınız boldur. Səhhətinizin qeydinə qalın. Rasionunuza fikir verin. Pəhrizə başlamaq üçün yaxşı zamandır.
Şəxsi münasibətlərdə əsəblər tarıma çəkilərsə, sonradan təəssüf hissi yarada biləcək olaylar yaşana bilər.
Axşam saatlarında dostlarla görüşmək olar.
Tərəzi - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə sərinlik yaratmayın. Qarşılıqlı anlaşılmazlıqlar sonradan narazılıq və münaqişəyə çevrilə bilər. Təmasların ənənəvi, adət etdiyiniz modeli sizdə nigaranlıq hissi yaratmamalıdır.