AZ

Bakıda betonqarışdıranla toqquşan TIR-ın kabinəsi qopub düşdü - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə baku.ws məlumat yayıb.

Hadisə Binəqədi-Balaxanı şosesində qeydə alınıb.

Şahidlərin dediyinə görə, TIR-la betonqarışdıran maşın toqquşub. Nəticədə yük maşınının kabinəsi qopub düşüb.

Həmin görüntüləri təqdim edirik:

***

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
5
avtosfer.az

10Mənbələr