Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılıb
Qırğızıstanda Çinin "TikTok" sosial media platformasına giriş məhdudlaşdırılıb.
Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, qərar artıq bu gündən qüvvəyə minib.
Məlumata görə, Qırğızıstanda istifadəçilər Google, Opera və Safari kimi brauzerlər vasitəsilə sosial media platforması TikTok tətbiqinə daxil ola bilmirlər: "Ancaqtelefonlarda Apple və Google Play Store proqramları vasitəsi ilə "TikTok" giriş hələ də var".
Xəbərdə deyilir ki, qərar şəbəkənin uşaqları onların əxlaqi tərbiyəsinə mənfi təsiri ilə əlaqələndirilib.
E.ARAZ
Reyting.az