AZ

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

"Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Ermənistanın baş naziri Nikol Paşinyanın həmin ərazini Azərbaycanın tərkib hissəsi kimi tanımasının məntiqi nəticəsidir". 

Avtosfer.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri, xarici işlər nazirinin keçmiş müavini Qriqori Karasin deyib. 

"Nikol Paşinyan Qarabağ məsələsini həll etdikdən sonra bizim sülhməramlılarımızın Azərbaycanda qalıb-qalmaması məsələsi Azərbaycan rəhbərliyi ilə birbaşa təmaslar çərçivəsində müzakirə olunub. Və sülhməramlıların mərhələli şəkildə geri çəkilməsi barədə qərar qəbul edildi", - deyə diplomat qeyd edib. 

unikal

Seçilən
208
50
avtosfer.az

10Mənbələr