AZ

Baş prokuror Çində işgüzar səfərdədir (FOTO)

Bakı. Trend:

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətiBeynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ciiclasında iştirak etmək üçün Çin Xalq Respublikasının Makau Xüsusiİnzibati Bölgəsinə işgüzar səfərə gedib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, aprelin 18-dəKamran Əliyev Çinin Ali Xalq Prokurorluğunun Baş prokurorununbirinci müavini Tonq Cianminq və Makaunun Baş prokuroru İp Son Sanqilə ikitərəfli görüş keçirib.

Nümayəndə heyətini səmimi salamlayan Baş prokurorun birincimüavini və Makaunun Baş prokuroru Azərbaycan və Çinin dostdövlətlər olduğunu bildirərək, bir çox sahəni əhatə edən uğurluəməkdaşlığın davam etdirildiyini vurğulayıblar.

Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə görə minnətdarlığınıbildirərək ölkələrimiz arasında əsrlər boyu mövcud olan ikitərəfliəlaqələrin tarixindən danışıb. Müstəqilliyin ilk illərində Uluöndər Heydər Əliyevin, hazırda isə Prezident cənab İlham Əliyevinvə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin uzaqgörənsiyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərinyüksələn xətlə və uğurla inkişaf etdiyini vurğulayaraq,Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daimdəstəklədiyini vurğulayıb.

Baş prokuror cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərindəBeynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı vəÜmumi Yığıncağının ölkəmizdə keçirələciyini və bununla bağlıhəmkarına dəvət məktubu ünvanladığını bildirib.

Daha sonra tərəflər prokurorluqlarımız arasında hüquqi vəinstitusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalarçərçivəsində genişləndirilməsi perspektivləri barədə fikirmübadiləsi aparıblar.

Elə həmin gün ölkəmizin Baş prokuroru Kamran Əliyev Çinin MakauXüsusi İnzibati Bölgəsinin İcra Hakimiyyətinin başçısı Ho İat Senqilə görüşüb.

Baş prokuror keçirdiyi görüşlərdə Müzəffər Ali Baş Komandanınrəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildəbərpa olunduğunu, dövlət başçısının və ölkəmizin Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı iləQarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığınıbildirilərək, bu proseslərdə Çin şirkətlərinin də yer aldığını qeydedib.

Kamran Əliyev həmçinin, dünyanın ən mötəbər beynəlxalqtədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-unölkəmizdə keçiriləcəyi barədə həmkarlarına məlumat verib.

Nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davamedir.

Baş
Baş
Seçilən
60
5
az.trend.az

10Mənbələr