Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına Azərbaycan boksçusu Malik Həsənov qələbə ilə start verib.
Offsideplus.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan idmançımız 1/16 finalda Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşıb və qalib gəlib.
Boksçumuz aprelin 21-də 1/8 finalda ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələcək.
Qeyd edək ki, 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.