İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğunu bombalamasından sonra İranın pilotsuz uçan aparat (PUA) və raket hücumuna cavab verməyi düşünür.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ( MKİ ) rəhbəri Uilyam Börnsın çıxışı eks-prezident Corc Buşun adını daşıyan mərkəzin saytında dərc olunub.
“İsrail hökuməti şənbə gecəsi baş verənlərə cavab verməyi düşünür. Bilirsiniz, belə bir cavab vermək onların seçimidir. İranlılar 330-a yaxın pilotsuz uçan aparat və raket atdılar, onlardan yalnız dörd və ya beşi faktiki olaraq İsraili vurdu və heç biri ciddi ziyan vurmadı", - Börns bildirib.
MKİ rəhbəri ümid edib ki, ABŞ və İsrailin digər müttəfiqləri münaqişənin deeskalasiyasına nail olmaq üçün bir yol tapa biləcəklər.