AZ

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Dövlət

Bakı, 19 aprel, AZƏRTAC

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə mayın 12-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahan vermək istəyən dövlət qulluqçularının DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə kompüter, BB qrupu üzrə isə imtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə mayın 12-də saat 11:00-da keçiriləcək.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə aprelin 30-u saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə mayın 8-i saat 11:00-dək həyata keçiriləcək.

Seçilən
432
13
azertag.az

10Mənbələr