Bakı. Trend:
Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “GlobalFinance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində KapitalBank-ın süni intellekt innovasiyaları kateqoriyasında “Süniintellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” (BestUse of AI in Digital Transformation ) mükafatına layiq görüldüyünüelan edib.
“Global Finance” jurnalının on birinci illik mükafatlandırmaproqramında dünyanın maliyyə sahəsində innovativ həllər təqdim edənaparıcı şirkətləri dəyərləndirilib. Bu uğur regionun maliyyəsektorunda rəqəmsal transformasiyanı sürətləndirməkdə KapitalBank-ın rolunu nümayiş etdirir. Mükafat eyni zamanda bankda ən sontexnologiyaların tətbiqinin və süni intellektdən istifadədə tətbiqedilən innovasiyaların əhəmiyyətini vurğulayır.
Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digərprovayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri vətexnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərinqiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi,müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyalarıntətbiqi kimi meyarlara əsasən həyata keçirilib.
Qeyd edək ki, “GlobalFinance” jurnalı bu il və 2019-cu ildə Kapital Bank-ı “Ən YaxşıTicarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”)adına da layiq görüb. Eynizamanda 2018-ci ildə bank jurnalın Azərbaycanda “Ən Güvənli Bank”(“Safest Bank”) mükafatını qazanıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildirvə Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsiilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişiüçün— https://kbl.az/prgtk,Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.