Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında bürünc medalın sahibi bəlli olacaq.
İdman.biz xəbər verir ki, 3-cü yerin taleyi MOİK və “Neftçi” arasında matçda müəyyənləşəcək.
Yarımfinalın uğursuzları mövsümü mükafatla bitirmək üçün meydana çıxacaqlar. Görüş GİN-nin Voleybol Mərkəzində keçiriləcək.
Qeyd edək ki, final matçı aprelin 22-də təşkil olunacaq. Həlledici matçda “Azərreyl” və “Murov Az Terminal” qarşılaşacaq.
Yüksək Liqa, kişilər
3-cü yer uğrunda oyun
20 aprel
15:00. MOİK - “Neftçi”
GİN-nin Voleybol Mərkəzi
İdman.biz