Bakı. Trend:
ARDNF-nin nümayəndə heyəti 17 aprel tarixində London şəhərində“SimCorp” Qlobal Zirvəsi çərçivəsində baş tutan “SimCorp” SuverenSərvət Fondu Forumunda iştirak edib. Bu il ilk dəfə keçirilən Forumməlumatların idarə olunması sahəsində texnoloji yeniliklərin vəinnovativ həllərin müzakirəsi və təcrübə mübadiləsi məqsədiləsuveren sərvət fondlarının mütəxəssislərini bir araya toplayanunikal platformadır.
Dövlət Neft Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edənARDNF-nin Risklərin idarəolunması departamentinin direktoru VadimPşeniçnıy “Suveren fondun idarəoluması: ARDNF modeli” mövzusundatəqdimatla çıxış edib və Forum iştirakçılarına Fondun investisiyaportfeli, dövlət büdcəsinə və ölkə iqtisadiyyatına töhfəsi barədəətraflı məlumat təqdim edib. Çıxış zamanı Vadim Pşeniçnıy “Simcorp”sisteminin Fondun struktur bölmələrinin investisiya fəaliyyətininəlaqələndirilməsində, eləcə də, investisiya portfelinin idarəedilməsi, gəlirlilik və risk kimi müxtəlif göstəricilərinölçülməsində, müvafiq hesabatların hazırlanmasında və ümumilikdəFondun investisiya fəaliyyətinin avtomatlaşdırılmasında mühüm roloynadığını vurğulayıb.
Məlumat üçün qeyd edək ki, investisiya sahəsi üzrə 1000-dənartıq peşəkarın hər il qatıldığı “SimCorp” Qlobal Zirvəsininməqsədi bu sahə üzrə fəaliyyət göstərən qurumları müasirtexnologiyanın təqdim etdiyi üstünlüklərdən yararlanmağa təşviqetməkdir.