Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Neftçi"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"da 43-cü dəqiqədə Rəhim Sadıxov, 78-ci dəqiqədə Fuad Bayramov, 85-ci dəqiqədə Vladislav Kulaç fərqlənib. "Ağ-qaralar"da yeganə qolu 19-cu dəqiqədə penaltidən Emin Mahmudov vurub.
Bundan əlavə, qəsəbə təmsilçisində Ceyhun Nuriyev 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.