Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində batmış şəxsin meyiti tapılıb.
“İki sahil” xəbər verir ki, 2011-ci il təvəllüdlü İ.Ə-nin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
***
Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.
“İki sahil” xəbər verir ki, 2011-ci il təvəllüdlü İ.Ə. ehtiyatsızlıqdan kanala yıxılıb.
Onun axtarışları davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.
Əlavə məlumat veriləcək.