AZ

Almaniya Rusiya ilə qarşıdurmaya girməklə axmaqlıq edir...

...Əgər 20-ci əsrin tarixinə nəzər salsanız, ondan bir dərs çıxarmaq olar: Almaniya ilə Rusiya düşmənçilik edəndə, bir-birini düşmən görəndə və ya müharibə edəndə dəhşətli hadisələr baş verir.

Amma buna baxmayaraq, Almaniya kansleri dəfələrlə döyüşkən çıxışlar edərək Almaniyanın Rusiyanı məğlub etməyə çalışmalı olduğunu bəyan edib.

...Bu hansı təhlükələri yaradır? Bəs sizcə, Rusiya-Almaniya münasibətləri necə olmalıdır?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Bundestaqın üzvü Sara Vaqenknext danışıb.

..Deməli, alman deputata görə, bu gün Almaniya ilə Rusiya arasındakımünasibətlər çox pis vəziyyətdədir.

Onun dediyinə görə, bir çox ruslar alman siyasətçilərinin ölkələrinə hücum etmək üçün silah tədarük etmək istədiklərini eşidəndə köhnə yaralar oyanıb.

Məsələn, Rusiyada alman zabitlərinin “Taurus” raketlərinin tədarükü məsələsini müzakirə etdiyi ictimaiyyətə məlum olub. Söhbət iştirakçıları onları çatdırmağın və Almaniyadan gəldiklərini gizlətməyin mümkün olub-olmaması ilə bağlı mübahisə ediblər.

“Taurus” ilə təhlükə ondan ibarətdir ki, Ukrayna onlardan Moskvaya hücum edib nazirlikləri və Kremli məhv edə bilərlər. Onlar Rusiya hərbi bazalarına, o cümlədən nüvə silahı ilə hücum edə bilərlər. Təsəvvür edə bilərəm ki, alman zabitləri arasında bu raketlərin ehtimal olunan çatdırılması və onların alman mənşəli olmasının mümkün ört-basdır edilməsi ilə bağlı müzakirə Rusiyada köhnə qorxuları yenidən oyadır və xüsusilə yaşlı nəsil üçün mühüm tarixi təcrübəni xatırladır.

...Almaniya ilə Rusiya arasında münasibətlər ən aşağı həddədir ki, bu da çox təəssüf doğurur. Üstəlik, almanlar inanılmaz dərəcədə axmaq davranırlar, çünki ilk növbədə özümüzə zərər veririk.

Belə ki, hazırda ucuz enerji idxal edə bilmədiyimiz üçün iqtisadiyyatımız böhran içindədir. Rusiyadan nə neft, nə də qaz ala bilmirik. Almaniya iqtisadiyyatının bu il ikinci daralması ehtimalı var. Bizdə yüksək inflyasiya var. İnsanların alıcılıq qabiliyyəti aşağı düşür. Sənaye müəssisələrinin işçiləri iş yerlərini itirməkdən qorxurlar. Beləliklə, bu siyasət ilk növbədə Almaniyanın iqtisadiyyatına və xalqına ziyan vurur.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
sia.az

1Mənbələr