İngiltərə kubokunda ikinci yarımfinal oyunu keçirilib.
QOL.az xəbər verir ki, “Mançester Yunayted” “Koventri Siti”nin qonağı olub. Matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Mançester Yunayted” 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
“Koventri Siti” - “Mançester Yunayted” - 3:3 (penaltilər seriyası - 2:4)
Qollar: Simms, 71, Oher, 79, Rayt, 90+5-pen. - Maktominay, 23, Maquayr, 45+1, Fernandeş-58
“Qırmızı şeytanlar” finalda “Mançester Siti” ilə qarşılaşacaq. Həlledici görüş mayın 25-i keçiriləcək.