AZ

Kralın bu hərəkəti şahzadə Harrini qəzəbləndirib: "O, buna görə ağladı"

Tarix: 22 Aprel 2024 00:40

Şahzadə Harri onu və həyat yoldaşı Meqan Marklı Froqmor kottecindən qovarkən atası Kral III Çarlza qəzəblənib. 
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Mirror" yazıb.
Kral mütəxəssisi və bioqrafı Tom Quinnin sözlərinə görə, şahzadə Harri atasının qərarından çox əziyyət çəkib.
"Harri Froqmordan qovulduğu üçün qəzəbləndi və ağladı. O, atasının bunu etməyə haqqı olmadığını və sırf qisas olduğunu hiss etdi", deyə Tom Quinn bildirib.
Ekspert əlavə edib ki, şahzadə Harri çox güman krallıq vəzifələrindən imtinanın onun iqamətgahından məhrum edilməsinə səbəb olacağını başa düşməyib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
sonxeber.net

3Mənbələr